Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2019 21:58
Bakı. Trend:
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 14 may 2019-cu il tarixində Göyçay şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11:00-dan Göyçay rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək.
FHN-dən Trend-ə verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 13 may 2019-cu il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-dan başlayacaq.
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən 14 may 2019-cu il tarixində Kürdəmir şəhərində, Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasında saat 11:00-dan Kürdəmir rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 14 may 2019-cu il tarixində Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasında saat 09:00-dan başlayacaq.
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən 14 may 2019-cu il tarixində Ucar şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11:00-dan Ucar rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 14 may 2019-cu il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-dan başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin