Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşağı olmadığı üçün müalicə alan qadın 201 kq oldu - FOTO

Uşağı olmadığı üçün müalicə alan qadın 201 kq oldu - FOTO

Tarix: 20 Dekabr 2019 22:22

İstanbul Zeytinburnu yaşayan 201 kq-lıq qadın 3 il evdən çıxa bilmir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, 65 yaşlı Saniyə adlı qadın artıq çəki səbəbindən yeriyə bilmədiyi üçün evdə qalmağa məcbur olub. Yeriməkdə çətinlik çəkdiyi və evdən çıxa bilmədiyi üçün o, 3 ildir həkimə də getmirdi. Yaxın günlərdə isə 14 nəfərin köməkliyi ilə həkimə aparılan qadın daha sonra evinə qaldırıla bilmədiyi üçün birinci mərtəbədəki qonşusunun evinə yerləşdirilib.

Qadın bildirib ki, uşağı olmadığı üçün müalicə alıb və bu səbəbdən çəkisiartıb. Son 5 ildə isə daha da betər hala gəldiyini bildirib. Onun sözlərinə görə, ayaqlarını yerə basa bilmir, öz işini özü görə bilmir.

Həddən artıq piylənmədən əziyyət çəkən qadının xəstəliyinə Türkiyə Səhiyyə Nazirliyi biganə qalmayıb. Professor M.Mehmet bildirib ki, bu ən üst səviyyədə piylənmə xəstəliyidir. Biz bədənin kütlə indeksi 18-25 aralığı normal qəbul edirik. Xəstədə bu indeks 40-dan çox olduğu üçün onu idman və pəhrizlə arıqlatmaq mümkün deyil. Ona görə də, mütləq əməliyyat edilməlidir.


Etiketlər:  Uşağı olmadığı üçün müalicə alan qadın oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ