Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günün qoroskopu: Təhsilə başlamaq, tədqiqat və ya yaradıcılıq işlərinə girişmək olar

Günün qoroskopu: Təhsilə başlamaq, tədqiqat və ya yaradıcılıq işlərinə girişmək olar

Tarix: 21 Dekabr 2019 00:02

Sonxeber.net dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Uğursuz gündür. Darıxdırıcı və perspektivsiz işlərə çox vaxt sərf etməli olacaqsınız. Ümid etdiyiniz dəstəyi almayacaqsınız. Ona görə də hətta asan məsələlərin həlli belə çox vaxtınızı aparacaq. Maliyyə itkiləri, uğursuz bazarlıqlar mümkündür. Pul və ya dəyərli əşya itkisi də istisna deyil.

Buğa - İnsanlar öz nöqteyi-nəzərlərini müdafiə etməklə yanaşı, nəzakət qaydalarını da unutmayacaq və opponentlərinə qarşı rəhmli olmağa çalışacaqlar. Pisi isə odur ki, vahid rəyə gəlmək, hamını razı salacaq qərarın qəbulu alınmayacaq. Məhz buna görə də bir çox suallar cavabsız qalacaq.

Əkizlər - Sevgililər boş şeylər üstündə küsüşə bilərlər. Amma onların barışması çox ehtiraslı və həyəcanlı olacaq. Bu gün yaxınlarınız üçün hədiyyələr, o cümlədən, bahalı və nadir əşyalar, əntiq şeylər almaq yaxşıdır.

Xərçəng - Yaşlı nəslin nümayəndələri ilə fikir ayrılıqları mümkündür. Sizin bəzi ifadə və hərəkətləriniz şok yaradacaq, mənfi reaksiya doğuracaq. Çətin vəziyyətdə köməyinizə yumor hissi çatacaq. Məhz bu hiss sizi qarşı cinsin bəzi nümayəndələrinin gözündə cazibədar da edə bilər.

Şir - Bu gün işgüzar aktivlik kifayət qədər aşağı səviyyədə olacaq. Ona görə də bu gün çoxlu sayda yaxşı, amma reallaşmayan fikirlərlə yadda qalacaq. Onları çox uzaq müddətə təxirə salmayın. Bir neçə gün sonra bu planlara nəinki qayıda, həm də onları həyata keçirə bilərsiniz.

Qız - Kifayət qədər uğursuz gündür. Prinsipial yeni nəsə istəsəniz də, bunu harada tapmağın lazım olduğunu təxmin edə bilmirsiniz. Hansısa dəyişiklik təşəbbüsləri uğursuzluqla nəticələnəcək.  Ünsiyyət baxımından olduqca çətin gündür. Əgər sizə elə gəlirsə ki, kimsə sizi ağzınızı açan kimi başa düşür, ehtiyatlı olun: çox güman ki, həmin adam pis nəsə fikirləşir. Günün ikinci yarısında güclü baş ağrıları mümkündür.


Etiketlər:  Günün qoroskopu Təhsilə başlamaq tədqiqat yaradıcılıq işlərinə girişmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ