Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 13:48
2019-cu ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,6 faiz artaraq 18 milyard 655,3 milyon manat olub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 8 milyard 531,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,0 faiz artaraq 10 milyard 124,1 milyon manata bərabər olub.
İstehlak məhsullarının 28,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.