Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binəqədi rayonunda avtomobil yollarının əsaslı təmirinə 8,7 milyon manat ayrılıb - SƏRƏNCAM

Binəqədi rayonunda avtomobil yollarının əsaslı təmirinə 8,7 milyon manat ayrılıb - SƏRƏNCAM

Tarix: 21 Dekabr 2019 16:10

Bakı. Trend:

Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,7 milyon (səkkiz milyon yeddi yüz min) manat ayrılsın".

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Binəqədi rayonunda avtomobil yollarının əsaslı təmirinə milyon manat ayrılıb SƏRƏNCAM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ