Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hemorragik insult barədə hər şey – Niyə baş verir, əlamətlər və müalicə

Hemorragik insult barədə hər şey – Niyə baş verir, əlamətlər və müalicə

Tarix: 21 Dekabr 2019 19:09

Hər il Azərbaycanda minlərlə insan hemorragik insult olaraq xəstəxanaya düşür və ya həyatını itirir.
Təəssüf ki, bu insultu keçirən hər 10 nəfərdən yalnız 2-ni sonradan həyata tam bərpa etmək olur.

Sonxeber.net medicina.az-a istinadən hemorragik insult barədə əsas bilməli olduğunuz məlumatları təqdim edir. Bu xəstəliyin ilkin əlamətlərini bilib vaxtında həkimə müraciət etmək və müdaxilə həyat qurtara bilər.

İnsult nədir? - İnsult beynin qan dövranının pozulması ilə baş verən damar kollapsıdır.

Nəticə birdir. Hansısa damar ya tutulur, ya partlayır və beynin müəyyən hissəsində toxumalar qansız qalır. Oksigen blok olur, hüceyrələr oksigensizlikdən ölür.

İnsult yüksək təzyiq, şəkərli diabet, beyin qan dövranı pozulmuş insanlarda arteriyanın divarının cırılması ilə baş verir. Damar yırtılan insult növü məhz hemorragik adlanır. O, işemik insulta nisbətən az rast gəlinir və ondan daha çox ölümcüldür.

Bir fərqi də odur ki, işemik insult xəstəni səhər və ya axşam yuxuda yaxalayır, hemorragik isə günün istənilən saatı, daha çox fiziki və emosional gərginlik zamanı baş verir.

Daha çox payız və qış fəsil dəyişim vaxtlarında baş verir. Buna səbəb xəstələrdə havaya uyğun təzyiqin dəyişməsi, rütubət, soyuq havada damarların sıxılmasıdır.

Simptomları:

Zərbə anı bədənin bir tərəfi hərəkət aktivliyini itirir, əl-ayağı idarə edə bilmirsiz.
Çox zaman xəstəni əvvəlcə sərxoş bilib çox içdiyini güman edirlər, çünki yerində səndirləyir.

Nitq dəyişir, cümləni normal deyə bilmir, kordinasiya pozulur.

Xəstə hərəkət edə bilir, amma bu stabil deyil və xəstə özündə nə baş verdiyini anlamır.


Etiketlər:  Hemorragik insult barədə hər şey Niyə baş verir əlamətlər müalicə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ