Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhlükəli xəstəlik ucuz və sadə dərmanlarla müalicə olunur?

Təhlükəli xəstəlik ucuz və sadə dərmanlarla müalicə olunur?

Tarix: 21 Dekabr 2019 19:42

Alimlər ən təhlükləli yoluxucu xəstəliyin adi ucuz ağrıkəsicilərlə müalicə olunduğunu bildiriblər.

Sidney Universitetinin alimləri, ən ucuz və sadə ağrıkəsici vasitələrin dünyanın ən ölümcül yoluxucu xəstəliyi sayılan vərəmin müalicəsində istifadə edilə biləcəyini göstərən araşdırma aparıblar.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bununla bağlı "Medical Xpress"-də məqalə dərc olunub.

Hər il dünyada iki milyon insanın həyatına son qoyan vərəmin multirezistent ştamlarının yayılması antibiotik müalicəsinin az effektiv olmasına gətirib çıxarır. Ona gör də alimlər bu araşdırma ilə yeni müalicə üsulları tapmağa çalışıblar. Bu məqsədlə, danio balıqlarını vərəmlə yoluxdurub, ölümcül bakteriyanın balıq orqanizmində necə yaşadığını öyrəniblər.

Araşdırmanın nəticələri göstərib ki, trombositlər-qanın laxtalanmasını təşkil edən hüceyrələr, bakteriyalarla qarşılıqlı əlaqə qurur, onlara immun sistemindən yayınmağa kömək edir. Araşdırma göstərir ki, xəstəliyin müalicəsi-bu qarşılıqlı əlaqənin qarşısını almaq, bakteriyaların  artımını dayandırmaqla ekvivalentdir.


Etiketlər:  Təhlükəli xəstəlik ucuz sadə dərmanlarla müalicə olunur


RƏYLƏR