Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 22:14
Hüceyrə yeniləyici faydası ilə yaşlanmanın və bir çox xəstəliyin qarşısını alan E vitaminin müntəzəm qəbulu sağlamlıq üçün şərtdir.
Sonxeber.net medicina.az-a istinadən E vitamininin faydalarını təqdim edir.
-E vitamini güclü antioksidandır və immunitet sistemini gücləndirir.
-Hüceyrə və toxumaları yeniləyici effektə malikdir.
-Yaraların daha tez sağalmasına yardım edir.
-Qanın laxtalanmasına yardımçıdır.
-Arteriya damarlarının divarlarını gücləndirir.
-Qan dövranına müsbət təsir edir.
-Sinir sistemi və əzələlərin bu vitaminə ehtiyacı var.
-Başda katarakt olmaqla göz xəstəliklərinin qarşısını alır. Yüksək qan təzyiqini tənzimləyir.
-Dərini yeniləmə effekti E vitamininin faydaları sırasında ən çox bilinəndir.
-Yaşlanmanı maksimum dərəcədə yavaşladır.
-Yaşlanmayla bağlı dəri ləkələrini aparır. Sağlam bir dəri üçün E vitamini mütləq qəbul edilməlidir.