Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 22:15
Almaların üzərində olan ləkələr çox vaxt penisilin göbələklərinin növlərindən birinin olması ilə əlaqələndirilir.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, artıq alimlər üzərində ləkələr olan almaların çox təhlükəli olduğunu bəyan ediblər. Onlar hesab edir ki, almada ləkə, zədə varsa, onun tərkibində zəhərli maddə - patulin əmələ gəlir. Bu isə genlərə zərər verir, onlarda mutasiyaya səbəb olur. Bunun xərçəngin inkişafına səbəb ola biləcəyi bildirilir.
Patulinin ana bətnində inkişaf edən döl üçün zəhərli olduğu məlumdur və buna görə hamiləlik dövründə onun qəbulu minimum olmalıdır.