Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda əhali ticarət şəbəkələrində nə qədər pul xərcləyib?

Bakıda əhali ticarət şəbəkələrində nə qədər pul xərcləyib?

Tarix: 21 Dekabr 2019 23:00

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,6 faiz artaraq 18 milyard 655,3 milyon manat olub.

Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 8 milyard 531,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,0 faiz artaraq 10 milyard 124,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 28,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda əhali ticarət şəbəkələrində qədər xərcləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ