Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müdafiə Nazirliyi: Hər hansı xarici ölkəyə məxsus hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib

Müdafiə Nazirliyi: Hər hansı xarici ölkəyə məxsus hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib

Tarix: 22 Dekabr 2019 18:00

Müdafiə Nazirliyi son günlər bəzi xarici elektron media resurslarında İsrailə məxsus hərbi təyinatlı vasitələrin guya Azərbaycanda yerləşdirilməsi və bu ərazidən İrana qarşı zərbə endirilməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Müdafiə Nazirliyindən Sonxeber.net-ın sorğusuna cavab olaraq bildirilib ki, bu kimi məlumatlar +dezinformasiya və saxta xəbərdən başqa bir şey deyildir. 

Müdafiə Nazirliyi bildirir ki, yayılan məsuliyyətsiz, təxribat xarakterli məlumat uğursuz şəkildə qonşularla olan  münasibətlərimizə  xələl yetirmək məqsədi güdür: "Bir daha bildiririk ki, hər hansı xarici ölkəyə məxsus heç bir hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib, bu barədə yayılan məlumatların heç bir əsası yoxdur və yalandır".


Etiketlər:  Müdafiə Nazirliyi Hər hansı xarici ölkəyə məxsus hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ