Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mourinyo yanvarda transfer istəmir

Mourinyo yanvarda transfer istəmir

Tarix: 22 Dekabr 2019 18:20

"Tottenham" qış transfer pəncərəsində heyətini yeni futbolçularla gücləndirməyəcək.

Milli.Az sportinfo-ya istinadən xəbər verir ki, klub rəhbərliyi yanvar ayında transferlərə pul xərcləmək fikrində deyil. Bir müddət öncə komandaya baş məşqçi təyin olunan Joze Mourinyo da rəhbərliklə eyni fikirdədir:

"Bilirəm ki, "Tottenham" yanvar ayında transferlərə çox pul xərcləmək istəmir. Buna görə məyusammı? Qətiyyən! Bu haqda mənə bildirmişdilər, məlumatım var idi. Klubun planları aydın və dəqiqdir. Bu isə məni sevindirir. Burada hansısa sürpriz olmadığına sevinirəm. Qış transfer pəncərəsində yeni oyunçular üçün mənə 300 milyon funt-sterlinq lazım deyil. Ümumiyyətlə, yanvarda yeni transfer istəmirəm".


Etiketlər:  Mourinyo yanvarda transfer istəmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ