Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süni intellekt mikroçipləri insanın beyninə yerləşdirilsə nə olar?

Süni intellekt mikroçipləri insanın beyninə yerləşdirilsə nə olar?

Tarix: 22 Dekabr 2019 21:36

İnsan beyninə yerləşdirilən süni intellekt mikroçipləri ruhi xəstəliklərin müalicəsindən telepatik xəbərləşməyə qədər bir çox inkişafın önünü aça bilər. Süni intellekt mikroçipləri ilə birlikdə insan beyninə birbaşa məlumat yerləşdirmək də mümkün ola bilər.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, insan beynini maşınlara bağlamaq artıq yalnız nəzəri elm-fantastikalarda reallaşmır. Süni intellekt mikroçipləri insan növünün ünsiyyət qurma üsulunu dəyişdirə bilər hətta telepatiya dövrünü də başlada bilər: Beyin/maşın interfeyslərindəki son ixtiralar, ruhi xəstəliklərin müalicəsindən obyektləri ağıl yoluyla nəzarət etməyə qədər bir çox yeniliyin önünü açır.

Süni intellekt ilə gücləndirilmiş beyin/interfeys texnologiyaları; insanların daha yaxşı qərarlar almalarını, yaddaşlarını inkişaf etdirmələrini və daha çox məlumatı daha məhsuldar bir şəkildə işləmələrini təmin edərək onları daha ağıllı hala gətirə bilər.

Süni intellekt mikroçipləri sayəsində beynimizin əlaqədar bölgələrinə, birbaşa mühəndislik, hüquq, tibb kimi sahələrdən yüksək səviyyə məlumatlar yerləşdirə biləcəyimiz düşünülür.


Etiketlər:  Süni intellekt mikroçipləri insanın beyninə yerləşdirilsə olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ