Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 23:58
İtaliya Superkuboku uğrunda keçirilən matçda Romanın "Latsio" klubunun futbolçuları Turinin "Yuventus" komandasına 3-1 hesabı ilə qalib gəliblər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, görüş Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilib.
"Latsio"nun heyətində qolları Luis Alberto (16-cı dəqiqə), Senad Luliç (73-cı dəqiqə) və Danilo Kataldi (90 + 4) vurublar.