Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 15:21
Bəzi bloqerlər seçki məntəqələrində narazılıq yaradır, məntəqə əməkdaşlarının işinə müdaxilə edirlər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.
M.Rəhimovun sözlərinə görə, hətta seçki məntəqələrinin birində seçici ilə bloqer arasında narazılıq yaranıb, seçici bloqerin onu çəkməsinə etiraz edib: "Bəzən bloqerlər seçki prosesinə mane olurlar, məntəqələrin işinə yersiz müdaxilə edirlər".
MSK rəsmisi əlavə edib ki, ümumilikdə bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər aktivlik var: "Əvvəlki seçkilərlə müqayisədə namizədlərin sayında və siyasi partiyaların iştirakında da aktivlik müşahidə olunur".