Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir ayda 5 kq arıqladan BULQUR pəhrizi

Bir ayda 5 kq arıqladan BULQUR pəhrizi

Tarix: 23 Dekabr 2019 20:18

Saysız faydaları olan bulqur həm də arıqlamağa kömək edir. Bulqurun arıqlamağa təsiri haqqında türkiyəli qidalanma və pəhriz mütəxəssisi Seda.D məlumat verib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bulqur, fol turşusu tərkibi sayəsində uşaqlar və hamilə qadınlar üçün vacibdir. Əslində, bulqur hamiləliyin ilk 3 ayında yeyilirsə, qadınlar fol turşusunu dərman vasitəsi ilə deyil, birbaşa ondan götürə bilərlər. Bulqur həm də, uşaqların beyin inkişafına çox əhəmiyyətli təsir göstərir.

Faydaları saymaqla bitməyən bulqur bir çox tərəvəzdən daha çox dəmirlə zəngindir. Onun tərkibində o qədər dəmir var ki, qan azlığı və dəmir əskikliyi problemi yaşayan xəstələrə bulqur yemələri tövsiyə olunur. BUlqurda olan dəmir miqdarı ispanaqdakından da çoxdur.

Bundan əlavə, bulqur diabet və ürək xəstəlikləri riskini də azaldır. Belə ki, qlisemik indeksi aşağı olan qidalar, diabet və ürək kimi xroniki xəstəliklərin əmələ gəlmə risklərinin qarşısını alır və belə xəstələri nəzarət altında saxlamağa imkan verir.


Etiketlər:  ayda arıqladan BULQUR pəhrizi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ