Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 23:20
Tanınmış "Bain" konsaltinq şirkəti Qərbdə iqtisadi iflas təhlükəsini proqnozlaşdırıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, şirkət dünyanın sənaye cəhətdən inkişaf etmiş ölkələrinə münasibətdə özünün o qədər də ürək açmayan proqnozunu verib. "Bu ölkələr üzərində qara buludlar cəmlənib", - deyə "Bain" şirkətinin məlumatında bildirilir. Şirkət öz proqnozunu cəmiyyətin sürətlə "qocalması" ilə bağlı demoqrafik problemlər, rəqəmsal texnologiyanın sənayedə və gündəlik həyatda geniş tətbiqi, həmçinin sosial bərabərsizliyin yayılması kimi amillərə əsaslandırır.
"Bain" şirkətinin ekspertlərinin fikrincə, sosial münaqişələr sərtləşəcək və siyasi qeyri-sabitliyi dərinləşəcək. Nəticədə bu, dünyanın aparıcı ölkələrinin iqtisadiyyatında öz təzahürünü tapacaq.