Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 07:24
Çin və Braziliya təbii resursların öyrənilməsi üçün nəzərdə tutulmuş "CBERS-4A" peykini günəş-sinxron orbitinə buraxıblar. Bu haqda Çinin Mərkəzi Televiziyası məlumat verib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, təxminən 2 ton ağırlığında olan kosmik aparat ölkənin şimalında Şansi əyalətində yerləşən Tayyuan kosmodromundan "Çançjen-4B" raket-daşıyıcısının köməyi ilə orbitə buraxılıb. Yeri gəlmişkən, bu, "Çançjen" seriyalı raket-daşıyıcı üçün 322-ci buraxılış olub.
Borta quraşdırılmış Braziliyanın 2 və Çinin 1 kamerası Yer səthinin şəkillərini müxtəlif təsvir ölçüsündə və fərqli intervallarla çəkəcəklər. Şəkillərin keyfiyyəti bir qədər əvvəl orbitə buraxılmış "CBERS-4" peyki ilə müqayisədə daha yaxşı olacaq. Məlumatların qəbulu Braziliyanın Kuyaba şəhərindən 9 kilometr məsafədə yerləşən yerüstü stansiyada həyata keçiriləcək.