Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 13:54
Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın həbs olunması barədə hökm çıxarıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Qeyd edək ki, Narek Sarkisyan bir neçə gün əvvəl Çexiyadan Ermənistana gətirilmişdi.
N.Sarkisyan silah və narkotik vasitələr saxlama, fırıldaq ittihamları ilə axtarışa verilmişdi. O, həmçinin "adam oğurluğu"nda şübhəli bilinir.