Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 15:50
UEFA Qazaxıstanın "Ordabasi" klubunu qarşıdakı iki mövsüm avrokuboklardan uzaqlaşdırıb.
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna klubun maliyyə "fair-play" qaydalarına əməl etməməsi səbəb olub. Klub eyni zamanda 100 min avro cərimələnib.
"Ordabasi" gələn il yanvarın 31-dək borcları ödədiyini sübut edə bilsə, cəzadan xilas olacaq.
Xatırladaq ki, "Ordabasi"nın baş məşqçisi 2009-2015-ci illərdə "İnter"i (hazırkı "Keşlə) çalışdırmış Kaxaber Sxadadzedir.