Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2019 01:44
Bakı. Trend:
Meksikanın Tultepek şəhərində pirotexnika bazarında partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər isə yaralanıb.
Qeyd edək ki, Tultepek Meksikada pirotexnikanın hazırlandığı əsas mərkəzlərdən biridir. Pirotexnikanın böyük hissəsi burada qeyri-leqal istehsal olunur.
Xatırladaq ki, 2016-cı ilin dekabrında Tultepekdə pirotexnika bazarında baş vermiş partlayış 40-dan çox insanın ölümünə səbəb olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin