Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qış-Bayram yarmarkasına 500 fermer və qida istehsalçısı cəlb edilib

Qış-Bayram yarmarkasına 500 fermer və qida istehsalçısı cəlb edilib

Tarix: 25 Dekabr 2019 11:45

Bakı. Samir Əli - Trend:

Kənd Təsərrüfatı Nazirliyi və "Aqrar Tədarük və Təchizat" ASC-nin Bakıda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar-Yeni il münasibəti ilə təşkil etdiyi Qış-Bayram yarmarkasına 500 fermer və qida istehsalçısı cəlb edilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, hazırda Bakının 5 rayonunda bayram yarmarkası təşkil edilib: "Nərimanov, Yasamal, Binəqədi, Suraxanı və Abşeron rayonlarında təşkil edilən yarmarkalar dekabrın 30-dək davam edəcək. Yarmarkalara dekabrın 21-dən start verilib. Yarmarkalara cəlb edilən fermer və qida istehsalçılarının məhsulları yarmarkalara pulsuz çatdırlır və burada satışına şərait yaradılır. Qiymətləri fermerlər müəyyən edirlər. Lakin biz məhsullların qiymətinin bazar qiymətlərindən aşağı olmasını tövsiyyə edirik".

L. Məmmədova bildirib ki, yarmarkada iştirak etmək istəyən fermerlər bundan sonra da müraciət edə bilərlər.


Etiketlər:  Qış Bayram yarmarkasına 500 fermer qida istehsalçısı cəlb edilib


RƏYLƏR