Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qeyri-adi körpə doğuldu - Mədə və bağırsaqları çöldədir

Qeyri-adi körpə doğuldu - Mədə və bağırsaqları çöldədir

Tarix: 25 Dekabr 2019 22:22

Türkiyədə mədəsi və bağırsaqları çöldə olan uşaq doğulub.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Samsun bölgəsində doğulan körpə ailənin ilk uşağıdır. Hələ anası Yeşim hamilə olarkən onun körpəsinə qastroşizit (bağırsaq və mədənin çöldə olması) dioqnozu qoyulub.

Qadın hamiləliyinin 34-cü həftəsində qeysəriyyə əməliyyatı ilə uşağını dünyaya gətirib. Körpənin qarın divarı olmadığı üçün çöldə olan mədəsi və bağırsaqları isti dəsmal köməkliyi ilə bir müddət qoruma altına alınıb. Onun qarın içi təzyiqi tənzimləndikdən sonra, çöldə olan orqanları uğurlu bir əməliyyat ilə içəriyə qoyulub və qarın divarı tikilib.


Etiketlər:  Qeyri körpə doğuldu Mədə bağırsaqları çöldədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ