Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft” və “Ericsson” arasında əməkdaşlıq sazişi imzalanıb

“Microsoft” və “Ericsson” arasında əməkdaşlıq sazişi imzalanıb

Tarix: 26 Dekabr 2019 07:24

"Microsoft" və "Ericsson" şirkətləri arasında avtomobil informasiya texnologiyaları həllərinin hazırlanması sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş İsveç telekommunikasiya avadanlığı istehsalçısının inkişaf etdirdiyi "Connected Vehicle Cloud" "bulud" servisinin "Microsoft Connected Vehicle Platform" (MCVP) həllinə inteqrasiyasını nəzərdə tutur.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, nəqliyyat vasitələrinin idarəetmə sistemi olan "Ericsson Connected Vehicle Cloud" avtomobil istehsalçılarının gün ərzində xidmətlərin göstərilməsi və internetə qoşulmuş qurğuların istismar müddətində zəmanətli keyfiyyət səviyyəsi ilə idarə edilməsi zərurəti ilə bağlı problemlərinin həlli məqsədini daşıyır. Platformaya 180 ölkənin 4 milyondan çox avtomobili qoşulub ki, bu da dünya bazarının təxminən 10 faizinə bərabərdir.

"MCVP" platforması avtomobil istehsalçılarına təhlükəsiz, rahat və fərdiləşdirilmiş xidmətləri işə salmağa kömək edir. Həll əsasında istifadəçi servislərini, o cümlədən naviqasiya, telematik və proqnozlaşdırma xidmətlərini istifadəyə vermək mümkündür.


Etiketlər:  Microsoft Ericsson arasında əməkdaşlıq sazişi imzalanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ