Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“CinemaPlus”da “Ulduz müharibələri” filminin fanatları üçün şou proqram - FOTO

“CinemaPlus”da “Ulduz müharibələri” filminin fanatları üçün şou proqram - FOTO

Tarix: 26 Dekabr 2019 08:54

"CinemaPlus" Premium-klass kinoteatrında "Ulduz Müharibələri: Skayuolkerin yüksəlişi" kosmik hekayəsinə həsr olunmuş şou proqram keçirilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki,  reklam stendinin qarşısındakı qırmızı xalçada tamaşaçılar böyük məmnuniyyətlə işıq şousunun iştirakçıları ilə şəkillər çəkdirirdilər.

Filmin rejissoru Cey Cey Abramsdır.Baş rollarda Billi Lurd, Lupita Nionqo, Deyzi Ridli, Adam Drayver və Mark Hemill var.

Bu film qırx ildən çoxdur davam edən Skayuolker ailəsinin inanınılmaz hekayəsini tamamlayır və öncəki bölümün bütün tapmacalarına cavab verməyi vəd edir. Tamaşaçıları köhnə və yeni qəhrəmanları, bənzərsiz dünyaları, qalaktikanın sərhədinə səyahətlər və fantastik saqanın böyük finalı gözləyir.


Etiketlər:  CinemaPlusda Ulduz müharibələri filminin fanatları üçün şou proqram FOTO


RƏYLƏR