Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 09:32
Bakı. Eldar Canaşvili - Trend:
Azərbaycan Turizm Bürosu 2019-cu ilin sonu - 2020-ci ilin əvvəlində ölkə ərazisində yəhudi və alman mədəni irsinə həsr olunmuş mədəni turizm təşəbbüslərini işə salacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidt deyib.
Onun sözlərinə görə, Büro bu təşəbbüsləri ilk növbədə sənaye turizmi və sənaye arxeologiyası vasitəsilə reallaşdırmaq niyyətindədir.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu səfər mərkəzlərinin yaradılmasına, memarlıq və tarixi abidələrin bərpa olunmasına investisiya qoyur. Büro tərəfindən Yanardağ və bu kimi yerlərdə dağ piyada marşrutlarının fəal tikintisi aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin