Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi açıldı

Bakıda Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi açıldı

Tarix: 26 Dekabr 2019 11:40

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin açılışı olub.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, hər il 28 dekabr tarixində Azərbaycan Respublikasında "Vəkil günü" peşə bayramı kimi qeyd edilməsi barədə qəbul edilən sərəncam dövlət başçısının Azərbaycan vəkilliyinə göstərdiyi ali diqqətin və sonsuz töhfənin təzahürüdür.

Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 185/Səməd Vurğun küçəsi, 32 kəsişməsində yerləşən inzibati binada artıq bu gündən etibarən Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi fəaliyyətə başlayıb.

Vətəndaş məmnunluğunun və peşəkar hüquqi yardıma sürətli çatımlılığın təmin edilməsi məqsədilə ötən müddət ərzində hazırkı inzibati bina müasir standarlara uyğun təmir olunaraq tam şəkildə mebel, kompüter, printer, məişət və digər zəruri avadanlıqlarla təmin edilmişdir ki, bu işlər Azərbaycan Respublikasının dövlət büdcəsinin Ehtiyat Fondundan bu məqsədlər üçün Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına görülüb.

Təmir işlərinin bilavasitə dövlət vəsaiti hesabına aparıldığı nəzərə alınaraq bununla bağlı Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin, habelə tikinti-təmir sahəsini tənzimləyən digər hüquqi aktların tələblərinə uyğun olaraq inzibati bina üzrə görüləcək işlərin həcmi dəqiqləşdirilmiş və təmirlə əlaqədar ehtimal olunan qiymətlərin müəyyən edilməsi məqsədilə Vəkillər Kollegiyası tərəfindən müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma Mərkəzinə müraciətlər edilmişdir.

Tikintidə Qiymətqoyma Mərkəzinin həmin obyekt üzrə təqdim etdiyi hesabatlara əsasən inzibati binanın təmir işlərinin ƏDV daxil 98.849,09 manat təşkil etdiyi bildirilməsinə baxmayaraq, dövlət büdcəsindən ayrılmış vəsaitin Vəkillər Kollegiyası tərəfindən təyinatı üzrə daha qənaətlə və səmərəli şəkildə istifadəsinin təmin edilməsi məqsədilə təmir işlərinə ümumilikdə ƏDV daxil 44.781 manat vəsait xərclənib. Eyni zamanda təmir işləri çərçivəsində inzibati binanın infrastrukturunun təchiz edilməsi, habelə onun mebel, kompüter, printer və məişət avadanlıqları ilə təmin edilməsi üçün ƏDV daxil 73,002,14 manat vəsait xərclənib.


Etiketlər:  Bakıda Vəkillər Kollegiyasının Hüquqi Yardım Tədris Mərkəzi açıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ