Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 13:21
Bakı. Trend:
Avropa İttifaqının dəstəyi ilə UNICEF Azərbaycan Respublikasnın Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dövlət dəstəyi ilə "Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü" proqramını həyata keçirir.
Dekabrın 26-də Şəmkir Gənclərin Inkişaf və Karyera Mərkəzində Proqram çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan «Yarat... İnkişaf Et... Töhfə Ver...» layihəsinin Məlumatlandırma sessiyası baş tutub. «Yarat... İnkişaf Et... Tövhə Ver...» layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərinin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrinin idarəçiliyinə hazırlamaqdır. Layihə zamanı Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin vasitəsilə ərazidə yaşayan 25 nəfər gənc üçün 2 mərhələli sosial layihələrin idarəçiliyi, mentorluq təlimləri keçiriləcək, icmalarda kiçik təşəbbüsləri reallaşdıracaq layihə komandalarına 3 aylıq mentorlardan fərdi və onlayn konsultasiya, İctimai Forumda iştirak imkanları yaradır.
Məlumatlandırma sessiyası zaman Layihə Koordinatoru Gulnara İsmailova layihənin mərhələləri, seçim meyarları haqda iştirakçılara ətraflı məlumat verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin