Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 14:26
"Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) cari ildə 16 qayda pozuntusu aşkar edib. Lakin hələ araşdırmalar davam edir və tam dəqiq rəqəm 2020-ci ilin ilk aylarında məlum olacaq.".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli deyib.
Onun sözlərinə görə, cari ildə 4-ü ağır atletika, 4-ü boks, 2-si karate, 2-si güləş və hər birində 1 hal olmaqla atıcılıq, sambo, cüdo və atletika olmaqla üzrə ümumilikdə 16 qayda pozuntusu faktı qeydə alınıb.
Şəfəq Hüseynli adını çəkmədiyi bir idmançımızın isə 12 illik cəzalandırıldığını bildirib.