Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhlükəsizlik kəməri haqqında maraqlı faktlar

Təhlükəsizlik kəməri haqqında maraqlı faktlar

Tarix: 26 Dekabr 2019 21:40

Tarixdə bilinən ilk təhlükəsizlik kəmərini 1885-ci ildə amerikalı Edward J. Claghorn tərəfindən icad edilib. O, açıq vaqonlarda səyahət edən turistlər üçün hazırladığı icadını təhlükəsizlik kəməri adlandıraraq elə həmin ildə potentləşdirmişdi. Təhlükəsizlik kəmərlərinin ilkin kütləvi tətbiqi isə ilk dəfə aviasiyada olmuşdur. Belə ki, fransız pilot Adolphe Pegoud 1913-cü ildə təhlükəsizlik kəmərini təyyarəsinə quraşdırmışdı.

Sonxeber.net kriptoinvest.az-a istinadən bildirir ki, müasir təhlükəsizlik kəmərinin (remen) tətbiq edildiyi ilk avtomobil isə 1959-cu ildə buraxılan "Volvo PV 544" olub. Təhlükəsizlik kəmərini ixtira edən mühəndis Nils Bolin "Volvo" şirkətindən əvvəl aviasiya zavodunda çalışıb və katapult oluna bilən oturacaqların layihələndirilməsində iştirak etmişdir. 78781962_2454154721463514_8545804206760525824_oQəza zamanı oturacağın insanı hansı sürətlə kənara atması Bolinə məlum idi və o sürücüləri oturacaqdan ayrılmağa imkan verməyən sistem yaratmağı qarşıya məqsəd qoymuşdu. Nəhayət ilk dəfə "Volvo PV 544" və "Volvo Amazon" modellərində quraşdırıldı. Bütün avtomobil istehsalçılarının sərbəst istifadəsi üçün Bolinin yeni ixtirası açıq patent aldı. 1963-cü ildə "Volvo" ixrac etdiyi avtomobilləri təhlükəsizlik kəməri ilə komplektləşdirməyə başladı. "Volvo"nun mütəxəssisləri yeni məhsulun nə qədər səmərəli olduğunu öyrənmək üçün 30 min qəzanı araşdırdılar və məlum oldu ki, təhlükəsizlik kəməri travma riskini 50-60% azaldıb. 1967-ci ildən etibarən bütün avtomobillər təhlükəsizlik kəmərləri ilə təchiz edildi.

1957-ci ildə İsveç dünyada təhlükəsizlik kəmərlərindən istifadəni qanuniləşdirən ilk ölkə oldu. SSSR-də isə 1970-ci ildən istehsal edilən avtomobillərə təhlükəsizlik kəmərləri quraşdırılmağa başlanıldı. 1984-cü ildə Almaniyada ilk dəfə sürücü və ön sərnişin təhlükəsizlik kəmərlərindən istifadə etmədiyinə görə cərimə tətbiqinə başlanılıdı.


Etiketlər:  Təhlükəsizlik kəməri haqqında maraqlı faktlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ