Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 18:03
Bakı. Samir Əli - Trend:
Xəzər dənizində balıqçı bədbəxt hadisə nəticəsində ölüb.
Trend-in məlumatına görə, hadisə Xəzər dənizinin Hövsan qəbəsə sahilinə yaxın “42-ci yanalma körpüsü” adlanan ərazidə qeydə alınıb. Paytaxt sakini, 1980-ci il təvəllüdlü Kudaybirqanov Emil Şamilyeviç iki dostu ilə birlikdə matorlu qayıqla balıq tutmaq məqsədi ilə dənizə gedib. Sahildən dənizə doğru 1 kilometr irəlilədikdən sonra qayıq dənizdə olan dəmir boru ilə toqquşub.
Nəticədə qayıq aşaraq çevrilib. Dostlar çevrilmiş qayığın üstünə çıxsa da, E.Kudaybirqanov donvurmadan ölüb. Digər iki şəxs DSX-nin Sahil Mühafizə Mərkəzinin Hövsan Sahil nəzarəti bölməsinin əməkdaşları tərəfindən xilas edilib.
Meyitin müayinəsi üçün ekspertiza təyin olunub, faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin