Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 21:36
İsveçrənin Cenevrə şəhərində birdəfəlik plastikin istifadəsinə görə cərimə tətbiq olunacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, yeni qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, şəhər ərazisində birdəfəlik plastik paketlərin, içki çöplərinin, stəkan, boşqab və digər yemək avadanlıqlarının istifadəsi qadağan olunur. Bundan başqa, supermarketlərdə pulsuz plastik kartların verilməsinin qadağan olunması təklif edilir.