Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 11:00
Bakı. Trend:
“Qafqaz ölkələrinin etnik mənsubiyyətlərinin və mədəni irslərinin araşdırılması” adlı uzunmüddətli layihəyə start verilib.
Trend-in məlumatına görə, layihənin məqsədi Azərbaycanda yaşayan etnosların tarixi, dili və mədəniyyətini araşdırmaqdır. Layihə çərçivəsində gürcü, ləzgi, udin, erməni, avar və qrabar dillərini bilən mütəxəssislər/tərcüməçilər tələb olunur. Həmin dilləri bilən və aşağıdakı parametrlərə cavab verən şəxslərin CV məlumatlarının [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur:
Gürcü, ləzgi, udin, erməni, avar və qrabar dillərini sərbəst - “upper intermediate” və daha yuxarı səviyyədə bilmək;
Qafqazşünaslıq üzrə başlanğıc səviyyədə məlumatlı;
Komandada və müstəqil şəkildə işləməyi bacaran;
Problemə yaradıcı yanaşma və kollektiv düşüncə tərzi.
Aylıq əmək haqqı: 1200 AZN-dan başlayır (dil biliyinin səviyyəsi və sahə üzrə iş stajından asılı olaraq)
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin