Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Trabzonspor'' 18 yaşlı azərbaycanlı oyunçunu alır - ''Sumqayıt''dan açıqlama

''Trabzonspor'' 18 yaşlı azərbaycanlı oyunçunu alır - ''Sumqayıt''dan açıqlama

Tarix: 28 Dekabr 2019 11:16

“Sumqayıt” klubunun və Azərbaycanın gənclərdən ibarət milli komadasının üzvü Səbuhi Abdullazadə karyerasını Türkiyədə davam etdirə bilər.

Qol.az-ın xəbərinə görə, bu haqda məlumatı Türkiyənin “Sabah” qəzeti yazıb. Bildirilib ki, “Trabzonspor” klubu bir müddətdir oyununu izlədiyi 18 yaşlı yarımmüdafiəçini transfer etmək qərarı verib. Səbuhinin Qara dəniz təmsilçisinin aşağı yaş qrupu üzrə komandası üçün düşünüldüyü bildirilib.

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Qol.az saytına açıqlamasında bildirib ki, S.Abdullazadə bir müddətdir yaşı 18-dək olan futbolçuların oyunlarını izləyən xarici menecerlərin maraq dairəsindədir. Onlar hətta futbolçunun Azərbaycan Premyer Liqasında üç oyununa canlı baxıblar:

“Həmin matçlar sırasında “Qarabağ”la son oyunumuz da vardı. Səbuhi Xorvatiyanın “Osiek” klubunun akademiyasında da təcrübədə olub. O, bu mövsüm "Sumqayıt"da 12 oyun keçiririb. Ola bilər, həmin menecerlər futbolçumuzu hansısa xarici kluba təklif ediblər. Amma bu haqda bizim məlumatımız yoxdur və kluba rəsmi təklif daxil olmayıb. Belə bir şey olsa, biz gənc futbolçumuzun ölkə xaricinə çıxmasına kömək edərik”.

 


Etiketlər:  Trabzonspor yaşlı azərbaycanlı oyunçunu alır Sumqayıtdan açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ