Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vidal ''Barselona''nı məhkəməyə verdi

Vidal ''Barselona''nı məhkəməyə verdi

Tarix: 28 Dekabr 2019 15:18

"Barselona"nın futbolçusu Arturo Vidal klubu məhkəməyə verib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı oyunçu Kataloniya təmsilçisini müqavilədəki bəzi detallara görə bonusu ödəməməkdə iddiham edir. Yarımmüdafiəçi "Barselona"dan 2 milyon 400 min avro tələb edir.

Sözləşməyə görə futbolçu ötən mövsüm matçların 60 faizində 45 dəqiqə meydanda olsaydı, 2 milyon avroya yaxın mükafat alacaqdı. Ancaq Vidal bu qarşılaşmaların  yarısında oynayıb. Buna görə də "Barselona" futbolçuya heç bir borcunun olmadığını bildirib. Lakin  oyunçunun vəkilləri klub rəhbərliyindən ödənişinin 50 faizinin verilməsini tələb edirlər.

Qalan məbləğ isə Vidalın Çempionlar Liqasında 1/8  və 1/4 finallarda meydanda olmasına görə ödənilməli olan bonuslar ilə əlaqədardır.

Qeyd edək ki, A.Vidal ötən ildən "Barselona"da oynayır.

 


Etiketlər:  Vidal Barselonanı məhkəməyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ