Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 15:52
Bakı. Trend:
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayı təqdim olunub.
Mərkəzdən Trend-ə verilən məlumata görə, icmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,7 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 157,7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (113,5 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə, 2019-cu ilin 11 ayı ərzində meyvə-tərəvəz ixracı 541,9 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 168,1 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 117,9 milyon, pambıq lifi ixracı 108,8 milyon, kimya sənayesi məhsullarının ixracı 95,5 milyon, elektrik enerjisinin ixracı 76 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 54,8 milyon, pambıq ipliyi ixracı 27,3 milyon, şəkər ixracı 26,4 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 22,6 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 54 faiz, pambıq lifinin ixracı 53 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52 faiz, kimya sənayesi məhsullarının ixracı 30 faiz, pambıq ipliyinin ixracı 28 faiz, elektrik enerjisi ixracı 17 faiz, şəkər ixracı 14 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 11 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz artıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin