Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mənzil satılarkən vergi güzəşti tətbiq ediləcək

Mənzil satılarkən vergi güzəşti tətbiq ediləcək

Tarix: 28 Dekabr 2019 17:04

Bakı. Trend:

Mənzil mülkiyyətçiləri 5 il müddətində yaşayış sahəsində qeydiyyatda olduqları halda mənzillərini satarkən vergidən azad idilərsə, bu müddət 3 təqvim ilinə endirilib.

Vergilər Nazirliyindən Trend-ə bildirilib ki, Vergi Məcəlləsində ediləcək bu dəyişikliklər sosial xarakterli güzəşt olmaqla, əhalinin maliyyə-vergi yükünün azaldılması məqsədini daşıyır. Digər tərəfdən, yaşayış sahəsində qeydiyyat müddətindən asılı olmayaraq istənilən fiziki şəxs mülkiyyətində olan mənzili satarkən hər zaman 30 kvadratmetrə görə vergi güzəşti əldə edəcək. Məsələn, 70 kvadratmetrlik evini satan vətəndaş üçün 30 kvadratmetr çıxılmaqla qalan 40 kvadratmetrə görə vergi hesablanacaq.

Bununla yanaşı, hər kvadratmetrə görə 15 manat baza vergi məbləği müəyyən edilib ki, bu da zona əmsallarına vurularaq hesablanır. Nəticədə, vətəndaşlar hər mənzil satışı zamanı 450 manat baza vergi məbləği qədər güzəşt əldə etmiş olurlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mənzil satılarkən vergi güzəşti tətbiq ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ