Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn ay dövlət büdcəsinə ödənilməli olan vergilər açıqlanıb

Gələn ay dövlət büdcəsinə ödənilməli olan vergilər açıqlanıb

Tarix: 28 Dekabr 2019 23:16

Yanvar ayında vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər açıqlanıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunlar aşağıdakılardır:

Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən
2019-cu ilin 4-cü rübü üzrə hesablanmış cari ödəmələr 2020-ci ilin yanvar ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

2019-cu ilin dekabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları əlavə dəyər vergisinin bəyannaməsi, aksiz bəyannaməsi, yol vergisinin bəyannaməsi, mədən vergisinin bəyannaməsi, pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi və uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Həmçinin, daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir). 2019-cu ilin 4-cü rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları Sadələşdirilmiş verginin bəyannaməsi (1 nömrəli Əlavə ilə , zərurət olduqda 2 və 3 nömrəli Əlavələr ilə birlikdə) 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

2019-cu ilin 4-cü rübünə görə vergi ödəyiciləri tərəfindən Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Xüsusi notariuslar gəlir vergisi bəyannaməsini də 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim etməli və 2019-cu ilin dekabr ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.


Etiketlər:  Gələn dövlət büdcəsinə ödənilməli olan vergilər açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ