Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 07:08
Çalmers Texniki Universitetinin və Stokholm Universitetinin alimləri zərərli tullantıların filtrasiyası zamanı karbon qazının parçalanması üçün yeni material işləyib hazırlayıblar.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yeni materialın çoxlu üstünlükləri var. O, davamlıdır, karbon qazını yaxalama sürəti yüksək, istismar xərcləri isə aşağıdır.
İqlim dəyişmələrinə qarşı mübarizə çərçivəsində karbon qazının aşkarlanması üçün bu növ texnologiyaların yaradılması çox diqqətəlayiqdir və elmi dairələrdə diskussiyalara səbəb olur.
Yeni material böyük sayda mikroməsaməli alümosilikatlarla doymuş bioloji əsaslı hibrid köpükdən ibarətdir.