Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 12:26
Bu il respublika üzrə təbii qazla təmin edilən abonentlərin sayı 2 milyon 262 min 242-yə çatıb. Onlardan 1 milyon 234 mini smart sayğacdan istifadə edir. Gələn il abonent sayının 112 min artacağı gözlənilir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev dekabrın 29-da ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
R.Əliyev qeyd edib ki, 2020-ci ildə daha çox mexaniki sayğacların quraşdırılmasına üstünlük veriləcək.