Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Faiq Ağayev ad günündə məxsusi jest edib: “Asta-asta” hər yerdə - FOTO

Faiq Ağayev ad günündə məxsusi jest edib: “Asta-asta” hər yerdə - FOTO

Tarix: 29 Dekabr 2019 17:20

Bu gün ad gününü qeyd edən Azərbaycanın xalq artisti, "Cənab Qızıl Şlyager" Faiq Ağayev sevənləri üçün maraqlı jest edib.

Sonxeber.net İnterval.az-a istinadən xəbər verir ki, xalq arstisti "Facebook" sosial şəbəkəsində yeni ifa etdiyi "Asta-asta" mahnısının bu gündən etibarən ölkənin bütün radio dalğalarında yaımlanacağını qeyd edib.

Davamlı həm ad günü ilə, həm də yeni yaradıcı işlə bağlı təbrik mesajları alan F.Ağayevin yayımladığı video da qeyri-adiliyi ilə seçilir. Elçin Səlimovun müəllifi olduğu qısa video maraqla izlənilir.

Məlumat üçün bildərək ki, 29 dekabr 1971-cı ildə Bakıda anadan olan F.Ağayev, peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub və bu müsabiqədən sonra "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbəikən peşəkar ifaçı kimi ad qazanıb.


Etiketlər:  Faiq Ağayev günündə məxsusi jest edib Asta asta hər yerdə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ