Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 21:36
Bu il Estoniya hökuməti 732 əcnəbiyə vətəndaşlıq verib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, vətəndaşlıq alanlardan 459-u əvvəllər Estoniyada qeyri-rəsmi vətəndaş kimi yaşayıb, 221 nəfər isə Rusiya vətəndaşı olub. Bu il Estoniya vətəndaşlığını, həmçinin 23 ukraynalı, 5 türk, 5 gürcü, dörd belaruslu və 2 pakistanlı alıb.