Tarix: 29 Dekabr 2019 22:48
İngiltərə Premyer Liqasında 20-ci turun oyunları davam edir.
Qol.az xəbər verir ki, bu gün lider “Liverpul” “Vulverhempton”u qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 42-ci dəqiqədə Sadio Mane vurub.
Bununla da xalları 55-ə çatdıran Yurgen Kloppun komandası zirvədəki yerini bir qədər də möhkəmləndirib.