Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişinin ürəyinə noxud boyda komputer yerləşdirdi

Kişinin ürəyinə noxud boyda komputer yerləşdirdi

Tarix: 30 Dekabr 2019 22:22

İsraildə hazırlanan, dünyada ilk simsiz, naqilsz ürəyə birbaşa implantasiya olunan mikrokompüter V-LAP hazırda ABŞ və Avropada real xəstələr üzərində kliniki sınaq ərəfəsindədir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, hazırda cəmi 9 ürək çatışmazlığı olan xəstəyə bu mikrocihaz yerləşdirilib. Xəsətlərin sayını 30-50 nəfərə çatdırmaq planlaşdırılır.

İlk pasiyentlərdən biri 71 yaşlı Britaniya vərəndaşı Endru Smitdir.

V-LAP noxud ölçüsündə, miniatür zontik formasında sensordur. O, ürək arakəsməsinə möhkəm yapışır və ürəyin işini nəzarətə alıb, tənzimləyir. İmplantasiya 1 saat çəkir.

Hər 2-3 gündən bir xəstə ürək nahiyəsinə üstdən ekran kimi xüsusi cihaz qoyur və bu cihaz ürəkdəki sensordan ürəyin işi ilə bağlı informasiyanı "köçürür".


Etiketlər:  Kişinin ürəyinə noxud boyda komputer yerləşdirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ