Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elon Musk ilə birlikdə çalışmaq üçün ali təhsil sahibi olmağa ehtiyac yoxdur

Elon Musk ilə birlikdə çalışmaq üçün ali təhsil sahibi olmağa ehtiyac yoxdur

Tarix: 31 Dekabr 2019 12:12

Elon Musk-ın öz potensial əməkdaşlarından ali təhsili tələb edib-etməməsi barəsində suala o, öz əməkdaşlarından ali təhsili tələb etmədiyini qeyd edib. Bu mövzuda Musk öz mövqeyinə sadiq olaraq qalır. Musk-ın fikrincə onun əməkdaşları qəliz tapşırıqları həll etmək bacarığına sahib olmalıdırlar. Diplom və təhsil isə heç nədən xəbər vermir.

Sonxeber.net technote.az-a istinadən bildirir ki, 2014-cü ildə Almaniyanın Auto Bild adlı nəşriyyatına müsahibə verən zaman Musk bunları demişdi:

"Kollecin və ya orta məktəbin bitirilməsini təsdiq edən diploma ehtiyac yoxdur. Kimsə yaxşı universiteti bitiribsə bu o deməkdir ki, o ya böyük işlərin görülməsinə qadirdir ya da buna ümumiyyətlə qadir deyil. Məsələn, Bill Gates-ə, Larry Ellison-a və ya Steve Jobs-a baxın. Həmin şəxslər kolleci tam bitirməyiblər. Lakin onları işə götürmək əla ideya olardı". Buna görə də Musk öz potensial əməkdaşlarında bitirilmiş yaxşı universiteti deyil diqqət çəkən bacarıqların sübutunu axtarır. Əgər həmin bacarıqlar varsa deməli həmin şəxs böyük ehtimal ilə işə cəlb olunacaq.


Etiketlər:  Elon Musk ilə birlikdə çalışmaq üçün təhsil sahibi olmağa ehtiyac yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ