Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 06:44
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) büdcəsinə Ay və Marsın kəşfiyyatı üçün əlavə 1,6 milyard dollar ayırmağı qərara alıb.
Trend-in məlumatına görə, bu barədə D.Tramp öz "Tvitter" səhifəsində bildirib.
O yazır: "...biz NASA-nın üstünlüyünü bərpa edirik və Aya qayıdırıq, sonra isə Marsa gedəcəyik. Büdcəyə əlavə 1,6 milyard dollar daxil etmək üçün dəyişiklik edirəm ki, biz kosmosa qayıda bilək!".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin