Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 20:56
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) "Parker Solar Probe" peyki ikinci dəfə Veneraya ən yaxın məsafədən keçib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə NASA-nın yaydığı məlumatda qeyd olunub.
Süni peyk Günəş sistemini tədqiq edir. Günəş orbitində səyahətinin istiqamətini müəyyən etmək üçün peyk planetdən ikinci dəfə keçib. Üçüncü dövrəni günəş orbitində tamamlayan peyk dördüncü dövrəyə başlamaq üçün cazibə qüvvəsi manevrini apararaq Veneraya təxminən 3000 km məsafədən keçib.
"Parker Solar Probe" peyki 7 il ərzində Günəşin orbitində 24 dövr vuracaq.
Peyk Günəş orbitində 4-cü dövrəyə 29 yanvar 2020-ci ildə başlayacaq.