Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 04:30
Litva hökuməti Avropa İttifaqının (Aİ) ayırdığı vəsaitləri qaçqınların həyat şəraitinin yaxşılaşdırılmasına yönəltmək məqsədilə onların ölkədə məskunlaşdırılması ilə bağlı mövcud qaydaların dəyişdirilməsini qərara alıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə təklif Litvanın Daxili İşlər Nazirliyindən gəlib.
Bildirilir ki, yeni qaydalar müəyyən edilmiş normativləri aşan xərclərin beynəlxalq təşkilatların, Aİ fondlarının, qeyri-hökumət təşkilatlarının vəsaitləri hesabına ödənilə biləcəyini nəzərdə tutur.
Nazirlikdən verilən məlumata görə, dəyişikliklərin tətbiqi "maliyyə zənbillərini" Aİ-nin "Sığınacaq, Miqrasiya və İnteqrasiya Fondu"nun vəsaiti ilə doldurmağa imkan verəcək.
Bildirilir ki, Litva Avropa İttifaqı və üçüncü ölkədən 1077 qaçqını qəbul edəcəyinə dair öhdəlik götürüb. Müqavilənin qüvvəyə mindiyi andan etibarən, 3 il ərzində Litvaya 490 qaçqın köçürülsə də, onların əksəriyyəti Aİ-nin daha zəngin ölkələrinə üz tutub.