Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 10:10
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan hüquqları ali komissarlığı ofisinin nümayəndəsi və məhkəməsiz icra olunan edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamar general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, A. Kallamar özünün "Twitter" səhifəsində bildirib ki, ABŞ-ın addımını qanunsuz adlandırıb.
"Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin məqsədyönlü qətli beynəlxalq humanitar hüququ pozur", - deyə BMT rəsmisi vurğulayıb.
Qeyd edək ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanı müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.