Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ruhani: General Süleymaninin ölümü İran xalqının ürәyini yaralayıb

Ruhani: General Süleymaninin ölümü İran xalqının ürәyini yaralayıb

Tarix: 3 Yanvar 2020 11:08

Bakı. Elnur Bağışov - Trend:

General Süleymaninin ölümü İran xalqının ürәyini yaralayıb.

Trend-in məlumatına görə, bu, İran prezidenti Hәsәn Ruhaninin Qasim Süleymaninin ölümü ilә әlaqәdar müraciәtindә öz әksini tapıb.

H.Ruhaninin sözlәrinә görә, bu hadisә ABŞ qarşısında İran xalqının müqavimәtini bir neçә dəfə artıracaq.

İran prezidenti bildirib ki, ABŞ bu hәrәkәti ilә bütün humanist vә beynәlxalq normaları tapdalayıb.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Ən ucuz aviabiletlər!


Etiketlər:  Ruhani General Süleymaninin ölümü İran xalqının ürәyini yaralayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ